Böyük Britaniyanın Mühafizəkarlar Partiyası yeni baş nazirin seçilməsi üçün poçtla səsvermənin başlanğıcını haker hücumu riskinə görə təxirə salıb.

"Unikal" xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.

Hökumətin və ölkənin silahlı qüvvələrinin informasiya mühafizəsinə cavabdeh olan Britaniya hökumətinin rabitə mərkəzinin (GCHQ) hakerlərin səsverməyə müdaxilə edə və onun nəticələrini dəyişə biləcəyi barədə xəbərdarlıq etməsindən sonra yeni baş nazir üçün səsvermə təxirə salınıb.

Bundan əlavə, Britaniyada haker təhlükəsi səbəbindən səsvermə proseduru dəyişdirilib.

Gülayə  Mecid