İraqın baş naziri Mustafa Əl-Kazemi təhlükəsizlik qüvvələrinin şiə lideri Müqtəda əs-Sədrin etirazçı tərəfdarlarına atəş açmasını qadağan edən fərman verib.

"Unikal" xəbər verir ki, bu barədə “ Əl-Cəzirə” telekanalı baş nazirin ofisinin bəyanatına istinadən məlumat yayıb.

Sənəddə deyilir: “Təhlükəsizlik qüvvələrimiz etirazçıların mühafizəsinin təmin edilməsinə cavabdehdir, ona görə də təhlükəsizlik xidmətlərində hər hansı bir tərəfdən odlu silahdan istifadə etmək və nümayişçilərə atəş açmaq qadağandır”.
Baş nazir həmçinin İraq hökumətinin Respublika sarayına və Amerika səfirliyinə hücum etdikdən sonra nümayişçilərin Bağdadın mərkəzində xüsusi mühafizə olunan yaşıl zonada baş vermiş insidentlə bağlı araşdırmaya başlamaq qərarına gəlib .
Qeyd edək ki, Bağdadda etirazçılarla təhlükəsizlik qüvvələri arasındakı qarşıdurmada 10 nəfər ölüb, 200-ə yaxın insan xəsarət alıb.