İran PUA-larının ilk partiyası Rusiyaya çatdırılıb. 

"Unikal" "The New York Times" qəzetinə istinadən xəbər verir ki, Tehrandan içində İranın pilotsuz uçuş aparatları olan Rusiya yük təyyarələri havaya qalxıb. 

Eyni zamanda, ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bildirib ki, İran tez bir zamanda Rusiyaya silah daşıya bilənlər də daxil olmaqla, bir neçə yüzə qədər pilotsuz uçuş aparatını təhvil verməyi də planlaşdırır. Onun sözlərinə görə, iranlı mütəxəssislər Rusiya hərbçilərinə öz PUA-larından istifadəni öyrədəcəklər.

Öz növbəsində İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kanaani pilotsuz uçuş aparatlarının Rusiya tərəfinə ötürülməsi ehtimalı ilə bağlı məlumatları təkzib edib. Diplomat həmçinin əlavə edib ki, İranın Ukraynadakı vəziyyətlə bağlı mövqeyi aydındır və dəfələrlə səsləndirilib.

Ağarza Elçinoğlu