Meksikanın qərb sahilində güclü zəlzələ baş verib.

"Unikal" xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Zəlzələnin 7,5 bal gücündə olduğu və Miçoakan ştatının La Placita de Morelos sahillərində, 10 km dərinlikdə qeydə alındığı bildirilir.

Məlumata görə, zəlzələdən sonra Mexikoda binalar silkələnib və paytaxt sakinləri küçələrə axışıb.