Hazırda Ukraynada vəziyyətin siyasi və diplomatik yolla nizamlanması perspektivləri yoxdur.

"Unikal" xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov “İnterfaks”a müsahibəsində danışıb.

Bundan əvvəl Dmitri Peskov bildirib ki, Krımın da bir hissəsi olduğu Rusiya Federasiyasının ərazisi ilə bağlı istənilən iddiaya lazımi cavab veriləcək. Kreml sözçüsü onu da xatırladıb ki, DXR və LXR Rusiya Federasiyasının tanıdığı müstəqil dövlətlərdir. O, izah edib ki, respublikalar Moskvadan təhlükəsizlik yardımı istəyiblər.

Gülayə Mecid