Rus ordusunun işğalı altında olan Luqansk vilayətində sentyabrın 23-27-də Rusiyaya birləşmək üçün referendum keçiriləcək.

"Unikal" TASS-a istinadən xəbər verir  ki, bu barədə Luqansk parlamentinin sədr müavini açıqlama yayıb. 

Bildirilir ki, oxşar referendumun Rusiya tərəfindən işğal olunmuş Zaporojya Atom Elektrik Stansiyasının yerləşdiyi bölgədə keçiriləcəyi də açıqlanıb. Ukraynanın Zaporojye vilayətinin rusiyapərəst administrasiyası Rusiyaya birləşmək üçün referendum keçiriləcəyini bildirib. 

Gülayə Mecid