Ərzurum Atatürk Universitetinin kampusunda yerləşən mərkəzi yeməkxananın damında yanğın baş verib.

"Unikal" Türkiyə istinadən xəbər verir ki, küləyin təsiri altında alov sürətlə böyüyüb.  Böyük çaxnaşmaya səbəb olan yanğın səbəbiylə partlayış riskinə baxmayaraq, kampusda nəqliyyatın hərəkəti kəsilib. Partlayış təhlükəsi səbəbindən yanğın yerində böyük təhlükəsizlik tədbirləri görülüb. Bufetdə baş verən yanğının tüstüsü şəhərin mərkəzini bürüyüb. Bir neçə saat ərzində alov nəzarət altına alınıb.

Hadisə nəticəsində xəsarət alan olmayıb, lakin binanın bir hissəsi yararsız hala düşüb.

Seymur Əli