Xəbər verdiyimiz kimi, Rusiya prezidenti Vladimir Putin Rusiyada qismən səfərbərlik haqqında fərman imzalayıb.  Rusiya orduya 300 min ehtiyatda olan hərbçini səfərbər etməyi planlaşdırır.

"Unikal" xəbər verir ki,  Putin bütün diktatorlar kimi simvolik tarixləri sevir və çıxışları üçün təsadüfi günlər seçir.

Bu gün 21 sentyabr Beynəlxalq Sülh Günüdür. Yəqin ki, Putin dünya nizamına münasibətini nümayiş etdirmək üçün məhz bu tarixi seçib. 

Beynəlxalq Sülh Günü Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün ölkələr arasında sülhün vacibliyini və müharibələrin mənasızlığını vurğulamaq üçün təsis edilib. 

BMT Baş Assambleyası Sülh Gününün qlobal atəşkəs və zorakılığa qarşı mübarizə günü kimi qeyd ediləcəyini bəyan edərək, bütün dövlətləri və xalqları bu gün ərzində hərbi əməliyyatların dayandırılmasını müşahidə etməyə dəvət edib. Assambleya BMT-nin bütün üzv dövlətlərini, regional və qeyri-hökumət təşkilatlarını və ayrı-ayrı şəxsləri bu günü müvafiq qaydada, o cümlədən təhsil və ictimai məlumatlandırma vasitəsilə qeyd etməyə və Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlığa çağırıb.

Gülayə  Mecid