Rusiyada bir gündə 53 045 yeni koronavirusa yoluxma halı aşkarlanıb. 

"Unikal" xəbər verir ki, bu barədə infeksiyaya qarşı mübarizə üzrə operativ qərargahın saytında məlumat verilib.

Bildirilib ki, pandemiya başlayandan indiyədək yoluxanların ümumi sayı 20 588 102 nəfərə çatıb.

Onu da deyək ki, ötən gün yoluxmaların sayı 46 474 olub.

Operativ qərargahın məlumatına görə, son sutka ərzində Rusiya regionlarında 59 718 nəfər sağalaraq evə buraxılıb. 

Gün ərzində 107 nəfər COVID-19-dan dünyasını dəyişib. Pandemiyanın bütün dövrü ərzində ölkədə 386 341 nəfər ölüb. 

Ağarza Elçinoğlu