“Xüsusi əməliyyatlar mərhələsindən böyük müharibəyə yaxınlaşırıq”.

“Unikal” xəbər verir ki, bunu Serbiya prezidenti Aleksandr Vuçiç jurnalistlərə  açıqlamasında deyib. 

Onun sözlərinə görə, Rusiya və Ukrayna müharibəsi artıq dünya savaşına yol açır.

“Rusiya-Ukrayna müharibəsi 7 aya yaxındır ki, davam edir. Qlobal təsirləri olan müharibə beynəlxalq ictimaiyyətin gündəmindədir”, - deyə o, bildirib.