Türkiyədə istifadəçilər Instagram sosial media platformasına daxil olmaqda problem yaşayırlar. İstifadəçilər Instagram sosial media platformasına daxil ola bilməməkdən şikayətlənirlər. Tətbiq bir müddətdir açılmır.

"Unikal" xəbər verir ki, Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömər Fatih Sayan da mövzu ilə bağlı açıqlama verib.

Nəqliyyat və İnfrastruktur nazirinin müavini Ömer Fatih Sayan İnstaqram xidmətlərindəki giriş problemi ilə bağlı açıqlama verib. Sayan, "Instagram xidmətlərində qlobal fasilə yaşanır və ölkəmizdəki istifadəçilər də bundan qismən təsirlənir."-deyə bildirib.

 İstifadəçilər səbirsizliklə problemin həllini və tətbiqə girişi gözləyirlər.