Fransa və Ermənistan müdafiə nazirləri Parisdə görüşüb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, Suren Papikyan və Sebastyan Lekornü arasındakı görüş zamanı Azərbaycan-Ermənistan sərhədində baş verənlər müzakirə edilib.

Lekornü mövcud vəziyyəti dəyərləndirmək üçün Ermənistana nümayəndə heyətinin göndəriləcəyini vurğulayıb.