Ukrayna oktyabrın 11-dən atışmalara görə Avropa İttifaqına elektrik enerjisinin verilməsini dayandıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyi sosial şəbəkələrdə məlumat yayıb.

“İstilik istehsalı və elektrik yarımstansiyalarını vuran bugünkü raket zərbəsi Ukraynanı öz enerji sistemini sabitləşdirmək üçün 2022-ci il oktyabrın 11-dən elektrik enerjisi ixracını dayandırmağa məcbur etdi”, - nazirlik bildirib.

Nazirlik xatırladıb ki, Ukrayna tərəfi Avropa İttifaqına elektrik enerjisi ixrac edib və "Moldova və Polşaya ayrı xətlər ayırıb ".

Oktyabrın 10-da səhər saatlarında Ukrayna mətbuatı  Kiyevdə və Kiyev vilayətində partlayışlar barədə xəbərlər yaymağa başlayıb. Xarkov , Dnepropetrovsk , Odessa , Lvov və Lvov vilayəti, Ternopil , İvano-Frankivsk , Xmelnitski, Konotop, Rivne və Poltava bölgələri də raket zərbələrinə məruz qalıb .

Daha sonra  Rusiya Müdafiə Nazirliyi Ukraynanın hərbi komandanlığı obyektlərinə, rabitə və enerji sistemlərinə kütləvi zərbə endirmək məqsədinə nail olunduğunu açıqlayıb .

BMT, NATO, Aİ və bir sıra Avropa dövlətləri raket zərbələrini pisləyib . Almaniyanın müdafiə naziri Kristina Lambrext Kiyevə dörd müasir orta mənzilli hava hücumundan müdafiə sistemlərindən birincisinin IRIS-T-nin tez bir zamanda göndəriləcəyini vəd edib. Fransa Ukraynaya hərbi dəstəyi genişləndirməyə hazır olduğunu bildirib,  Hindistan isə “hərbi əməliyyatları dərhal dayandırmağa” çağırıb.

Gültəkin Ələsgər