Məşhur amerikalı aktrisa Angela Lansberi vəfat edib.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Aktrisa 97 yaşına beş gün qalmış dünyasını dəyişib. Məşhur aktrisa üç dəfə "Oskar"a, 18 dəfə "Emmi" mükafatına namizəd olub. O, altı dəfə "Qızıl Qlobus" mükafatını qazanıb.

Lansberi “Dorian Qreyin şəkli”, “Mançuriya namizədi”, “Döyüş və süpürgə”, “Nildə ölüm” və bir çox başqa filmlərdə rol alıb.