KTMT Ermənistana öz müşahidəçilərini göndərməyə hazırdır, bunun üçün Kollektiv Təhlükəsizlik Şurasının qərarı lazımdır. 

"Unikal" xəbər verir ki, bu barədə  Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.

“Ermənistan KTMT-nin fövqəladə sammitini çağırmağı xahiş etdikdən dərhal sonra baş tutdu, KTMT-nin baş katibinin, birgə qərargahın rəhbərinin Ermənistana göndərilməsi qərara alındı. Oraya getdilər, tövsiyələr gətirdilər, bir aydan çoxdur ki, bu tövsiyələr bizim əlimizdədir. Onlar Ermənistan ərazisinə, Azərbaycanla sərhədə KTMT müşahidəçilərinin monitorinq missiyasının göndərilməsindən ibarətdir”, - deyə Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarda bildirib.

O qeyd edib ki, tələb olunan yeganə şey Kollektiv Təhlükəsizlik Şurasının qərarıdır və onu KTMT sədri çağırmalıdır. “İndi bu, Ermənistan Respublikasıdır, ona görə də sizin vaxtınız olan kimi biz belə bir missiyanı rəsmi şəkildə təsdiqləməyə hazır olacağıq, o, işə başlaya biləcək”, - deyə rusiyalı nazir əlavə edib.

Öz növbəsində Mirzoyan qeyd edib ki, Ermənistan müşahidəçiləri gözləyir, lakin belə bir görüş hələlik razılaşdırılmayıb. Bununla bağlı Lavrov əmin edib ki, Rusiya istənilən vaxt onlayn rejimdə belə bir sessiya keçirməyə hazırdır.

Gültəkin Ələsgər