Çexiya hökuməti Ukraynanın 2023-2025-ci illərdə bərpası üçün 1,5 milyard kron (təxminən 61 milyon avro) ayırmağa qərar verib.

"Unikal" xəbər verir ki, bu barədə jurnalistlərə ölkənin xarici işlər naziri Yan Lipavski məlumat verib.

"Çexiya uzun müddətdir ki, Ukraynanın müharibədən sonrakı yenidən qurulmasında iştirak etməyə hazırlaşır. Bu məqsədlə biz  2023-2025-ci illər üçün büdcədən 1,5 milyard kron məbləğində vəsait ayırdıq. Bu müddət ərzində hər il hər biri 500 milyon kron (təxminən 20,33 milyon avro) Ukraynanın bərpasına çex bizneslərini cəlb etmək üçün digər addımlar da hazırlayırıq."-deyə Lipavski bildirib. 

Gültəkin Ələsgər