Rusiyanın Ermənistandakı səfirliyində siyasi dəsti-xətti Moskvaya yaxın olan erməni siyasətçilərlə görüş keçirilib.

"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.

Görüşdə Ermənistan İslahatçılar Partiyasının lideri Vahan Babayan, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Yerjanik Qazaryan, daxili işlər nazirinin keçmiş müavini Vahram Mkrtçyan və başqaları iştirak edib.

"Bu çətin vaxtlarda bizim görüşməyimiz və müzakirə etməyimiz lazım olan məsələlər var", - Vahan Babayan qəzetə açıqlamasında bildirib.