Baykal gölündə 5,9 bal gücündə zəlzələ baş verib. 

"Unikal" xəbər verir kiz. bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin İrkutsk qərargahı məlumat yayıb.

"Zəlzələnin episentri İrkutsk vilayətinin Bolşoe Qoloustnoye şəhərindən 19 kilometr şərqdə, Baykal gölünün akvatoriyasındadır. Episentrdə maqnituda 5,9, intensivliyi 7,9, enerji sinfi isə 14,5 təşkil edir", - məlumatda deyilir.

İrkutskda zəlzələ 5 bal, Anqarsk, Şelexovski, Slyudyanski rayonlarında 3-5 bal gücündə hiss olunub.

Ağarza Elçinoğlu