Ukrayna SQ Rusiyanın Belqorod vilayətinin Oktyabrski kəndində olan silah-sursat anbarını vurub. 

"Unikal" rus mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində Rusiya Qvardiyasının 3 əməkdaşı həlak olub. Daha 14 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İlkin məlumatlara görə, atəş Ukrayna və Rusiya sərhədindən iki kilometr aralıda yerləşən Kazaçya Lopan kəndi tərəfdən həyata keçirilib.

Gülayə Mecid