Ermənistan Parlamentinin spikeri Alen Simonyan oktyabrın 14-də Qarabağda dəstək verdikləri terrorçu rejimin rəhbəri Araik Arutyunyanla görüşüb. 

"Unikal" erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə Ermənistanın siyasi gündəliyi ilə bağlı məsələlər müzakirə olunub. Alen Simonyan beynəlxalq tərəfdaşlarla son görüşlərinin təfərrüatlarını, eləcə də bir neçə gün əvvəl Rusiyaya səfərinin təfərrüatlarını təqdim edib.

İki saat davam edən görüşdə qondarma rejim narahaq olduqları suallara cavab tapmağa çalışıb. 

Ağarza Elçinoğlu