Rusiya İsveçrədə Aleksandr Suvorovun və onun tərəfdaşlarının abidəsinin təhqir olunmasından hiddətlənib.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi İsveçrəyə etiraz notası göndərərək günahkarların cəzalandırılmasını tələb edib. 

"Biz bu il ikinci dəfə baş verən vandalizmin açıq-saçıq təzahürünə dərin qəzəbimizi bildiririk. Bu faktla bağlı İsveçrə Konfederasiyasının Xarici İşlər Federal Departamentinə etiraz notası göndərilib", - XİN-in bəyanatında deyilir. 

Agentlik həmçinin ölkəni abidənin lazımi şəkildə mühafizəsini təmin etməyə və abidəni təhqir edənləri tapmağa çağırıb.

Ağarza Elçinoğlu