“Drujba” kəmərinin zədələnmiş hissəsi bərpa edilib, qərb hissəsinin iki boru kəməri, o cümlədən Almaniyaya neft tədarük edən xətt vasitəsilə neftin nəqli bərpa edilib.

"Unikal" xəbər verir ki, bu barədə “RBC-Ukraina” Polşanın PERN operatorunun bəyanatına istinadən məlumat yayıb.

Eyni zamanda, şirkətin mətbuat xidməti bildirib ki, sızmaya yol açan səbəblər araşdırılır.

“Hazırda PERN xidmətlərinin fəaliyyəti ərazinin təmizlənməsi və ilkin vəziyyətinə qaytarılmasına yönəlib”, - müraciətdə əlavə edilib.