Fransa prezidenti Emmanuel Makron Rusiyanın Qarabağ nizamlanmasındakı rolundan danışarkən faktiki olaraq özünü doğruldub, o, nüfuzlu erməni diasporlarına ümid bəsləyir.

"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

Medvedev əlavə edib ki, Makron, əslində, Rusiyanı günahlandırmadı, əksinə, özünə haqq qazandırdı: "Teleaparıcılar onu "Fransa Ermənistanı öz taleyinə buraxdı" deyə qınadılar. O, Fransanın Ermənistanı nə qədər sevdiyini ehtirasla danışır. Bununla belə, 1960-cı illərin sonundan etibarən yarım əsrdən çox müddət ərzində Fransanın özünün keçmiş müstəmləkələrində necə davrandığını xatırlayaq. Malidə, Ruandada, Konqo, Əlcəzair və Azərbaycanda buna görə hansı qanlar töküldü. Makron özü bir vaxtlar sivil Fransanın şərikliyi ilə tutsilərin soyqırımına görə kəsik başlar, cəsədlərlə dolu quyular və tamamilə dağıdılmış kəndlər üçün afrikalılardan bağışlanmalarını istədi. Müstəqil və kasıb ölkələrdə "parçala və hpkmranlıq et" prinsipi həmişə fransızların vicdanında olub".

Makron daha əvvəl demişdi ki, Rusiya Cənubi Qafqazda sabitliyi pozmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edir.

Ağarza Elçinoğlu