Əfqanıstanın Kabil şəhərində güclü partlayış baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Kabil Polis İdarəsinin rəsmisi Xalid Zadrana məlumat yayıb.

Məlumata əsasən, partlayış təhlükəsizlik postunun yaxınlığında baş verib. İnsident nəticəsində ölən və ya xəsarət alan olmayıb.