Amerikalı iş adamı İlon Maskın SpaceX şirkəti Ukraynada Starlink peyk rabitə sisteminin fəaliyyətini maliyyələşdirmək üçün Pentaqona müraciətini geri götürüb.

"Unikal" xəbər verir ki, o, “SpaceX” maliyyə tələbini geri götürüb”.

Şirkət rəhbəri bu barədə "Politico” qəzetində Pentaqonun Starlink-in işinə görə pul ödəməyi düşündüyü barədə dərc olunmuş məqaləni şərh edərkən yazıb.

Qeyd edək ki, oktyabrın 13 -də CNN, SpaceX-in ABŞ Müdafiə Nazirliyinə Ukraynada Starlink sisteminin işləməsi üçün ödənişi dayandıracağı və Kiyevi qeyri-müəyyən müddətə yeni terminallarla təmin etməyi planlaşdırmadığı barədə məktub aldığını bildirib. Sənəddə həmçinin Pentaqona Kiyevə əlavə Starlink terminallarının tədarükü üçün pul ödəməsi və sistemin Ukrayna hakimiyyəti və hərbçilərinin maraqları naminə fəaliyyətinin maliyyələşdirilməsi tələbi də yer alıb. Oktyabrın 14-də Pentaqonun mətbuat katibinin birinci müavini Sabrina Sinq bildirib ki, agentlik Ukraynada Starlink-ə alternativlərin olduğuna inanır.

Musk oktyabrın 15-də maliyyə itkilərinə baxmayaraq, Ukraynada Starlink peyk rabitə sisteminin fəaliyyəti üçün pul ödəməyə davam edəcəyini bildirmişdi. 

Gültəkin Ələsgər