Ermənistanın Baş naziri Nikol Paşinyan itkin düşmüş erməni hərbçilərin sayını açıqlayıb. 

"Unikal" xəbər verir  ki,  o, bu barədə "Twitter" səhifəsində  paylaşım edib. 

O, Azərbaycanla sərhədyanı ərazidə sentyabrın 12-13-də Ermənistanın törətdiyi təxribat nəticəsində 29 erməni hərbçinin itkin düşdüyünü qeyd edib. 

Bununla yanaşı, Paşinyan Birinci Qarabağ müharibəsində 777, Vətən müharibəsində isə 217 nəfərin itkin düşdüyünü bildirib. 

Gülayə Mecid