2022-ci ilin ən varlı adamları açıqlanıb.

"Unikal" xəbər verir ki, milyarderlərin illik siyahısını dərc edən “Forbes” jurnalının məlumatına görə, Türkiyədə dollar milyarderlərinin sayı 27-dən 24-ə düşüb.

Tesla-nın qurucusu İlon Mask 219 milyard dollar sərvəti ilə dünyada birinci yeri tutub.

Keçən il birinci yerdə olan “Amazon”un baş direktoru Ceff Bezos 171 milyard dollar sərvəti ilə ikinci yerə düşüb.

Müharibə, pandemiya və durğun bazarlar bu il dünya milyarderlərini vurdu. Forbes-in planetin ən varlı adamlarının 36-cı illik siyahısında insanların sayı 87 nəfər azalaraq 2668 nəfər olub. Onların ümumi sərvəti 400 milyard dollar azalaraq 12,7 trilyon dollara düşüb.

Türkiyədə Murat Ülker 4,7 milyard dollar sərvəti ilə birinci olub. 2020-ci ildə sərvəti 6,3 milyard dollar olan Ülker dünya reytinqində 421-ci yerdən 601-ci yerə düşüb. Ferit Şahenk 2,4 milyard dollarlıq sərvəti ilə siyahıda ikinci yeri tutub. 2021-ci ildə 3 milyard dollarlıq sərvətə sahib olan Şahenk 2022-ci il siyahısında 1292-ci yerdə qərarlaşıb.

Forbes jurnalının məlumatına görə, ən zəngin 10 türk və onların sərvətləri belədir:

Son statistikaya görə, Çinli milyarderlər çoxalıb.

Çin və ABŞ birlikdə dünyanın "tanınmış" milyarderlərinin 55 faizinə sahibdir.

Hurun-un məlumatına görə, dünyanın ikinci ən böyük iqtisadiyyatı olan Çində cəmi 1133 milyarder, ABŞ-da isə 716 milyarder var. Bundan əlavə, Çində milyarderlərin sayı ABŞ-dan üç dəfə sürətlə artır.

Ən çox milyarderin olduğu ilk üç şəhər indi Çindədir.

Amma amerikalı milyarderlər hələ də çinli milyarderlərdən daha zəngindirlər.

ABŞ-da qlobal “məşhur milyarderlərin” 32 faizi, Çin milyarderləri isə təxminən 27 faizini təşkil edir.

Hurun şirkətinin baş direktoru və dərc olunmuş hesabatın əsas təhqiqatçısı Rupert Hoogewerf-ə görə, "əsl iqtisadi atəş gücü" varlı şəxslərdən daha çox şirkətlərin dəyəri ilə ölçülür. Hesabata görə, ABŞ-ın dörd ən böyük şirkətinin (Apple, Microsoft, Amazon və Alphabet (Google-un ana şirkəti)) birgə bazar kapitallaşması Çinin 500 ən dəyərli qeyri-dövlət şirkətinə bərabərdir.

Siyahıda üçüncü yerdə 215 dollar milyarderlə Hindistandır.

Ukraynanı işğal edən Rusiyada 13 milyarderin siyahıdan düşməsi ilə ölkədə milyarderlərin sayı 72-yə düşüb və Rusiya hazırda 8-ci yerdədir. 

Gültəkin Ələsgər