Rusiyanın Bryansk vilayətində dəmiryol xətti partladılıb. 

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, insident Novozıbkov və Zlınka şəhərləri arasında baş verib. 

"Partlayış nəticəsində dəmir yolları zədələnib, heç kim xəsarət almayıb. Hadisə yerinə fövqəladə və əməliyyat xidmətlərinin nümayəndələri gəlib", - vilayət rəhbəri bildirib. 

Ağarza Elçinoğlu