İndoneziyada meşəyə gedən qadın 6 metrlik pitonun hücumuna məruz qalıb. 2 gündür axtarılan qadın pitonun qarnında tapılıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, 54 yaşlı qadın Sumatra adasında evinin yaxınlığındakı meşəlik ərazidə yoxa çıxıb.

Meşə ərazisində axtarış aparan qruplar 2 gün sonra pitonun mədəsində şişlik müşahidə ediblər. Pitonu tutub mədəsini açan qruplar qadının cansız bədəni ilə qarşılaşıblar. 

Seymur Əli