Rusiya ehtimal edir ki, Rişi Sunakın Böyük Britaniyanın Baş naziri təyin edilməsi Moskva ilə London arasında münasibətləri yaxşılaşdırmayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Hazırda yaxın gələcəkdə münasibətlərimizdə müsbət dəyişikliklərin olacağını güman etmək üçün heç bir əsas yoxdur. Rusiya hər zaman açıqdır və ən mürəkkəb məsələləri danışıqlar masası arxasında müzakirə etməyə hazırdır, lakin öz maraqları hesabına deyil", - Peskov qeyd edib. 

O əlavə edib ki, Britaniya Rusiya-Ukrayna müharibəsində Kiyevin ən prinsipial və əsas dəstəkçilərindən biridir və müharibənin ilk günlərində Ukraynaya əhəmiyyətli hərbi yardım göstərib.

Ağarza Elçinoğlu