Böyük Britaniyanın maliyyə naziri Ceremi Hant yeni baş nazir Rişi Sunakın hökumətindəki vəzifəsini qoruyub.

"Unikal" xəbər verir ki, bu barədə baş nazirin dəftərxanasının çərşənbə axşamı yaydığı məlumatda deyilir.

Parlament üzvü Dominik Raab baş nazirin müavini, lord kansler və ədliyyə naziri təyin edilib. Ben Uolles Britaniyanın müdafiə naziri postunda qalıb.

Həmçinin, Ceyms Kleverli yenidən Böyük Britaniyanın xarici işlər naziri vəzifəsinə təyin edilib.