ABŞ administrasiyası Rusiya və İran arasında müttəfiqliyin dərinləşməsindən narahatdır. 

"Unikal" xəbər verir ki,  bu sözləri ABŞ dövlət katibinin Yaxın Şərq üzrə köməkçisinin müavini Cennifer Qavito deyib. 

"Biz Rusiya-İran müttəfiqliyinin dərinləşməsindən narahatıq, bunu Rusiyanın Ukraynada mülki infrastrukturu məhv etmək üçün istifadə etdiyi İran pilotsuz təyyarələrinin son tədarükləri sübut edir", - Qavito bildirib.

O əlavə edib ki, ABŞ administrasiyası İranla gərginliyi azaltmağa çalışır.

Diplomat qeyd edib ki, Birləşmiş Ştatlar Tehranın Vaşinqtonun sabitliyi pozan hesab etdiyi bu cür fəaliyyətinin qarşısını almaq üçün xarici tərəfdaşlarla işləyir.

Ramil Zeynallı