Ukrayna yaxın iki ildə Avropa İttifaqına daxil olacaq.

"Unikal" xəbər verir ki, bunu Ukraynanın İqtisadiyyat naziri Yuliya Sviridenko bildirib. 

"Biz Aİ-yə daxil olmağımızı sürətləndirmək üçün əlimizdən gələni edirik. Bu, çox iddialı səslənə bilər, lakin biz özümüz üçün iki illik bir müddət görürük, bu müddət ərzində biz namizəddən Avropa İttifaqının tamhüquqlu üzvünə keçməliyik", - Sviridenko deyib. 

O qeyd edib ki, əsas vəzifə Ukraynanın Avropa İttifaqının daxili bazarlarına inteqrasiyasıdır.

Ağarza Elçinoğlu