Ermənistanın Baş naziri Nikol Paşinyan bəyan edib ki, bu ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyir.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" Ermənistan rəhbərinin çərşənbə günü parlamentdəki hökumət saatında çıxışına istinadən məlumat dərc edib. 

"Mən istərdim ki, bu, (sülh müqaviləsi - red.) cari ilin sonuna kimi imzalansın. Bu nə dərəcədə realdır? Mən bu suala belə cavab verərdim. Hökumət və mən bunun reallaşması üçün hər cür səy göstərəcəyik", - Paşinyan deyib.

Onun sözlərinə görə, sərhədin delimitasiyası ilə bağlı bir mühüm hal var: "Biz ümid edirik ki, bu mühüm nüans da delimitasiya işləri və sülh müqaviləsi imzalanana qədər tamamlanacaq".

Ağarza Elçinoğlu