İranın Şiraz şəhərində yerləşən məqbərədə törədilən terror aktı zamanı ölənlərin sayı 20 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, bu barədə “Mehr” agentliyi ölkənin hakimiyyət nümayəndələrinə istinadən xəbər verib.

Qeyd edilir ki, hücum nəticəsində onlarla insan yaralanıb.

22:43

İranın Şiraz şəhərindəki Şahçerağ ziyarətgahında terror aktı törədilib.

"Unikal" xəbər verir ki, 3 silahlı şəxsin Şahçerağ ziyarətgahına odlu silahla hücumu zamanı ən son məlumatlara görə 15 nəfər ölüb, 40 nəfər yaralanıb.

Hadisənin hansı qruplaşma tərəfindən törədildiyi məlum deyil.

19:24

İranın Şiraz şəhərində törədilən terror aktı nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

"Unikal" xəbər verir ki, İranın Şiraz şəhərində törədilən terror aktı nəticəsində 15 nəfər ölüb, 10 nəfər yaralanıb. 

2 terrorçu həbs edilib, 3-cü şəxsin tutulması istiqamətində işlər aparılır.

Bəzi xəbər mənbələri bu terror hücumunda 15 nəfərin öldüyünü, 10 nəfərin yararlandığını bildirir.

Gültəkin