Fransanın paytaxtı Parisə səfər edən Almaniya kansleri Olaf Şolz Yelisey sarayında Fransanın baş naziri Emmanuel Makronla görüşüb.

"Unikal" xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz Fransanın paytaxtı Parisdəki Yelisey sarayında görüşüb. Məlumata görə, görüş zamanı liderlər Fransa ilə Almaniya arasında əməkdaşlığı gücləndirmək məqsədilə müdafiə, iqtisadiyyat və enerji məsələlərini müzakirə ediblər. Fransa hökumətinin sözçüsü Olivier Veran görüşdən bir neçə dəqiqə əvvəl verdiyi açıqlamada iki ölkə arasındakı fikir ayrılıqlarını aradan qaldıra biləcəyini ifadə edərək, "Bugünkü görüş dostluğun davam etdiyini göstərir" deyə bildirib.

Gültəkin Ələsgər