“WhatsApp” növbəti yeniliyinin üzərində çalışır.

"Unikal" xəbər verir ki, bu barədə "WABetaInfo" portalı məlumat yayıb. Foto bulanıqlığı funksiyası artıq Windows və MacOS istifadəçiləri üçün də əlçatan olacaq. Sözügedən yenilik şəkilin istədiyiniz hissəsini örtməyə imkan yaradacaq. 

Qeyd edək ki, bu funksiya artıq bir müddətdir Android və iOS sistemlərində mövcuddur.