Rusiya deputat Konstantin Zatulinin, eləcə də Marqarita Simonyanın Ermənistanda arzuolunmaz şəxs sayılması ilə bağlı açıqlamalarını təəccüblə qarşılayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı bildirib.

"Biz rəsmi təsdiq və aydınlıq əldə etmək üçün dərhal diplomatik kanallar vasitəsilə erməni tərəfinə müraciət etdik", - Zaxarova qeyd edib və əlavə edib ki, Moskvanın bundan sonrakı addımları rəsmi cavabdan asılıdır. 

"Zatulin və Simonyan ənənəvi olaraq ikitərəfli müttəfiqlik münasibətlərinin gücləndirilməsinin tərəfdarıdırlar. Məncə, buna şübhə ola bilməz. Onlar ictimai və siyasi xadimlərdir", - Rusiya XİN sözçüsü əlavə edib.  

Ağarza Elçinoğlu