İranın Qərbi Azərbaycan əyalətinin Mahabad şəhərində baş verən iğtişaşda 3 nəfər ölüb, yaralananlar var.

"Unikal" xəbər verir ki, Mahabadda keçirilən aksiyada etirazçılar bank və dövlət binalarının şüşələrini sındırıb və yandırıb.
Polis etirazçıları dağıtmaq üçün müdaxilə edib.

İğtişaşlar zamanı saxlanılanların olduğu bildirilir.

xxx

19:02

İranın Qərbi Azərbaycan əyalətinin Məhabad şəhərində kütləvi küçə nümayişləri keçirilib.

"Unikal" xəbər verir ki, Məhabadda keçirilən aksiyada etirazçıların bank və dövlət binalarının şüşələrini sındırdığı bildirilir.
Polis etiraz aksiyasını dağıtmaq üçün müdaxilə edib.

Bir saat davam edən aksiyada saxlanılanların olduğu deyilir.