Rusiya prezidenti Vladimir Putin Hindistanın baş naziri Narendra Modini buzqıran gəmi ilə müqayisə edib. 

"Unikal" xəbər verir ki, o, baş nazir haqqında "Hindistanın baş naziri Narendra Modi öz xalqının mənafeyinə uyğun müstəqil siyasət yeridir, buzqıran gəmi kimi düzgün istiqamətdə hərəkət edir" deyib.

“Baş nazir Modi nəyisə cilovlamaq, nəyisə məhdudlaşdırmaq cəhdlərinə baxmayaraq, öz xalqının maraqları naminə müstəqil xarici siyasət yeritməyi bacaran, dünyada elə insanlardan biridir. Bilirsiniz, o, buzqıran gəmi kimi Hindistan dövləti üçün lazım olan istiqamətdə sakitcə irəliləyir”, - deyə Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun plenar iclasında bildirib.

Gültəkin