Oktyabrın 28-də İstanbulda sənaye zonasının ərazisində partlayış baş verib.

"Unikal" xəbər verir ki, partlayış nəticəsində bir işçi həlak olub, beş nəfər yaralanıb. 

İstanbul valisinin verdiyi məlumata görə, ərazidə avtonəqliyyat vasitələrinin təmiri və texniki xidməti həyata keçirilirdi. 

Əraziyə  xilasedici qüvvələr və təcili yardım briqadaları cəlb olunub. 

Ağarza Elçinoğlu