Rusiyanın təşəbbüsü ilə oktyabrın 31-də Soçidə Rusiya lideri Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar keçiriləcək. 

"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, danışıqlarda Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanan 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrasına, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımlara baxılması planlaşdırılır. Liderlər həmçinin ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələlərini müzakirə edəcəklər.

"Putinin Nikol Paşinyan və İlham Əliyev arasında ayrı-ayrılıqda söhbətləri də planlaşdırılır", - qeyd olunub. 

Ağarza Elçinoğlu