İranda ötən sutka ərzində 124 nəfər koronavirusa (COVID-19) yoluxub, 6 nəfər ölüb.

"Unikal" xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 144 571 nəfər, yoluxanların sayı isə 7,55 milyondan çoxdur. Virus daşıyıcılarından 137 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 7,33 milyon nəfərdən çox şəxs koronavirusdan sağalıb, 54,3 milyondan çox diaqnoz testi həyata keçirilib.