Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlara hazırdır.

"Unikal" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Onun sözlərinə görə, Rusiyanın danışıqlarla bağlı mövqeyi dəyişməz olaraq qalır. 

Bundan əlavə, Lavrov Rusiyanın gərginliyi azaltmaq üçün Qərbin təkliflərini dinləməyə hazır olduğunu bəyan edib.