Amerika Prezidenti Cozef Bayden ABŞ-dakı ştatların sayını səhv deyib.

“Unikal” xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

2018-ci ildə demokratların Pensilvaniya ştatında apardığı seçki kampaniyasından danışan Bayden ABŞ-ın 54 ştatında səfərdə olduqlarını qeyd edib:

“Zarafat etmirəm. Ona görə də 2018-ci ildə qalib gəldik. Biz 54 ştata səfər etdik”.

Qeyd edək ki, Amerika 50 ştatdan və bir federal dairədən ibarətdir.