Ukrayna hərbçiləri cənubda Rusiyanın Su-25 hücum təyyarəsini vurub.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.

"Rusiyanın Su-25 hücum təyyarəsi cənub istiqamətində zenit-raket bölməsi tərəfindən vurulub", - məlumatda qeyd olunub. 

Həmçinin, oktyabrın 30-da Xarkov vilayətində Ukrayna hərbçiləri  Rusiyanın hücum helikopterini vurublar.

Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Rusiya SQ Ukraynada azı 252 helikopteri itirib.

Gülayə Mecid