Rusiyanın Pskov vilayətində hərbi aerodromda baş verən partlayışlardan sonra iki ədəd "Ka-52" helikopteri zədələnib.

"Unikal" Rusiya KİV-lərinə istinadən xəbər verir ki, hadisə oktyabrın 30-da axşam saatlarında Ostrovski rayonundakı helikopter meydançasının ərazisində baş verib. 

Ümumilikdə üç partlayışdan sonra təmir üçün orada olan 2 helikopter sıradan çıxıb. 

Partlayışların səbəbi hələlik məlum deyil. 

Ağarza Elçinoğlu