Rusiya Ukrayna xalqına həmişə isti münasibət göstərib və bugünkü faciəli münaqişəyə baxmayaraq, indi də belə edir.

"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin bildirib.

"Hərbi əməliyyatların xarakterindən belə görünür ki, ruslara və Rusiyaya nifrət edən Ukrayna və ukraynalılardır. Orada baş verənlər sadəcə heyrətamizdir. Biz həmişə ukraynalılara hərarətlə yanaşmışıq. Bu faciəvi münaqişəyə baxmayaraq, indi də münasibət eynidir", - Putin bildirib.

O hesab edir ki, Rusiyanın Ukraynanın neonasist rejimi ilə toqquşması qaçılmaz idi.

"Əgər fevral ayında tərəfimizdən müvafiq tədbirlər görülməsəydi, hər şey daha pis olardı”, - Putin ifadə  edib. 

Gülayə  Mecid