"Britaniya hökuməti vətəndaşların bütün problemlərini həll edə bilməz".

"Unikal" xəbər verir ki,  bunu Britaniyanın yeni Baş naziri Rişi Sunak "Times" qəzetinə müsahibəsində deyib. 

Sunak dövlət büdcəsindəki 50 milyard funt-sterlinq (təxminən 57,3 milyard dollar) kəsiri ödəmək üçün vergiləri artırmaq niyyətindədir.

"Əmin olmalısınız ki, bir iş görəndə bunu ləyaqətlə edirsiniz və insanlara qarşı dürüst olursunuz", - deyə Sunak bildirib.

O, həmçinin qeyd edib ki, inflyasiya ilə mübarizə onun siyasətinin prioritet istiqamətlərindən biridir. 

Gülayə Mecid