Rusiyanın Kostroma şəhərində yanan "Poliqon" gecə klubunun sahibi olan Azərbaycan əsilli deputat İxtiyar Mirzəyev yanğında həlak olanların ailələrinə kömək edəcəyinə söz verib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, o, jurnalistlərlə söhbətində o, bütün lazımi köməkliyi göstərməyi tapşırdığını deyib. 

"Ölənlərin ailələrinə və yaxınlarına hər cür yardım göstərəcəyəm. Ailələrə həm maddi, həm də təşkilati dəstək göstərəcəyəm", - Mirzəyev bildirib.

Ağarza Elçinoğlu